Azərbaycan Qida Təhlükəsizliyi İnsitutu dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1005379691
Satınalan təşkilatın ünvanı: Süleyman Sani Axundov küçəsi, 73C
Müsabiqənin başlama tarixi və vaxtı: 05.09.2023 11:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 26.09.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 04.10.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 05.10.2023 15:00
Ödəniş şərtləri -Sifariş verilmiş Malların Sifarişçiyə təhvil verilməsinə dair təhvil-təslim aktı və qaimə təqdim edildikdən sonra, lakin 15 (on beş) bank günündən gec olmamaq şərtilə ən qısa müddət ərzində İcraçıya ödənilir.
Çatdırılma yeri - AQTİ
Çatdırılma müddəti - 1 (bir) il
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
İddaiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmaları barədə müvafiq sənəd
Son 2 ildə analoji malların təchizatı sahəsində uğurla yerinə yetirilmiş və ya davam edən müqavilələrinin sayı 2 və daha çox olmalıdır.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Əli Əliyev, Mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 012 377 00 20 dax.424