Azərbaycan Milli Elmlər Akademiyası dəftərxana və təsərrüfat malların satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatır.
Satınalan təşkilatın VÖEN-i: 1700007431
Satınalan təşkilatın ünvanı: AZ1001, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 30
Müsabiqənin başlama tarixi və vaxtı: 23.06.2023 11:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 19.07.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.07.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı: 28.07.2023 11:00
Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən aşıq tender şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Bakı ş., Yasamal r-nu, Hüseyn Cavid pr., 117, Akademiyanın əsas binası
Çatdırılma müddəti - 2023-cü il ərzində
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
İddiaçıların son 1 (bir) ildə analoji işlər üzrə təcrübəsi, peşəkarlığının, texniki maliyyə imkanlarının, işçi güvvəsinin və potensial imkanları haqqında məlumat
Maliyyə vəziyyəti haqqında bank arayışı
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Səidə Zamanova, satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 012 539 22 61