FED.az TENDER xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsi aşağıdakı lotlar üzrə AÇIQ TENDER ELAN EDİR
Tender 4 (dörd) lot üzrə keçirilir.
Lot- 1. Dəftərxana ləvazimatlarının satınalınması.
Lot-2. Bərk inventarın satınalınması.
Lot-3. Avadanlığın satınalınması.
Lot-4. Sair xərclər (tədbirlərin keçirilməsi).
Tenderdə iştirak etmək üçün iddiaçılar lot-1, lot-3 və lot-4-ün hər birinə 100 manat, lot- 2 üçün isə 200 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Sumqayıt şəhəri , 3-cü məhəllə, N.Nərimanov küçəsi 12 nömrəli ünvanda yerləşən Sumqayıt Regional Mədəniyyət İdarəsindən ala bilərlər.
Əlaqələndirici şəxs- Ceyran Həsənova ,əlaqə telefonu- (018) 6-55 -49- 87.
İddiaçılar iştirak haqlarını aşağıdakı hesaba köçürməlidirlər.
Hh-AZ65CTRE00000000000002176
VÖEN- 2900382551
Adı-Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN-1401555071
Mh- AZ41NABZ01360100000000003944
S.W.I.F.T. CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün ərizə;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
– iddiaçının son iki ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– iddiaçının son iki il ərzində maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, mənfəət vergisinin bəyənnaməsi;
– iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatının vacibliyi.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 mart 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 1 aprel 2019-cu il saat 17.00-a qədər Sumqayıt şəhəri, 3-cü məhəllə, N.Nərimanov küçəsi 12 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2 aprel 2019-cu il saat 15.00-da Sumqayıt şəhəri, 3-cü məhəllə, N.Nərimanov küçəsi 12 nömrəli ünvanda yerləşən Sumqayıt Regional Mədəniyyət İdarəsində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştitrak edə bilərlər.
Dəftərxana ləvəzimatları, avadanlıqların alınması üçün – TENDER ELANI
13:38
4 Fev 2019