Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin tenderinin vaxtı dəyişdirilib.
FED.az xəbər verir ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Sabirabad DOST Mərkəzinin binasının inşası üzrə söküntü, tikinti və müxtəlif təchizat işlərinin satın alınması ilə bağlı 25 dekabr 2023-cü il tarixdə elan edilmiş açıq tender prosedurunda iddiaçının müraciəti əsasında tender təkliflərinin son təqdim edilmə müddəti 20 fevral 2024-cü il saat 11:00-dək, zərflərin açılış müddəti isə 21 fevral 2024-cü il saat 11:00-dək uzadılmışdır.