Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsi 2019-cu ildə interaktiv lövhələrin satınalınması üçün elektron satınalma vasitəsilə dərc edilmiş açıq tenderə yekun vurub.
Eləcə də bax: Nəqliyyat tenderlərini - "QARA DƏNİZ" MMC GÖTÜRÜB
FED.az xəbər verir ki, tender komissiyasının qərarı ilə «Retro Holding» MMC qalib elan olunub və qalib təşkilatla 134 min 520 manat məbləğində müqavilə imzalanıb.
Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi tenderə maraq göstərən bütün iddiaçılara öz təşəkkürünü bildirib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb və gələcəkdə faydalı əməkdaşlığa dəvət edib.