Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2019-cu ildə xidməti atlar üçün quru otun satın alınması məqsədilə kotirovka sorğusu elan edir .
Eləcə də bax: İctimai Televiziya tender elan edir
FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 nömrəli ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxslər – E.Əliyev və T.Fərmanov, telefonlar- 569-95-10, 569-68-43. Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini və hüquqi sənədləri 18 iyul 2019-cu il saat 12.00-dan gec olmamaq şərtilə yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri və sənədlər baxılmadan geri qaytarılacaqdır. Kotirovka təklifləri 19 iyul 2019-cu il saat 12.00-da Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 nömrəli ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər. Sənədlərin qəbulu – hər gün saat 11.00-dan 13.00-a və 16.00-dan 18.00-a qədərdir. Daxili Qoşunların tender komissiyası
Daxili qoşunlar ot alır - TENDER ELANI
11:30
8 İyul 2019