Daxili Qoşunların Baş İdarəsi 2019-cu ildə hərbi qulluqçularının müayinə olunması üçün tibbi xidmətlərin göstərilməsinin satın alınması məqsədilə kotirovka sorğusu elan edib. FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 nömrəli ünvana müraciət edə bilərlər.
Əlaqələndirici şəxslər – E.Əliyev və R.Qüdrətov, telefonlar- 569-95-10, 590-65-23.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini və hüquqi sənədləri 15 iyul 2019-cu il saat 12.00-dan gec olmamaq şərtilə yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri və sənədlər baxılmadan geri qaytarılacaqdır. Kotirovka təklifləri 16 iyul 2019-cu il saat 12.00-da Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 nömrəli ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər. Sənədlərin qəbulu - hər gün saat 11.00-dan 13.00-a və 16.00-dan 18.00-a qədərdir.