FED.az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2018-ci il üçün malların (xidmətlərin və ya işlərin) satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
Tender 3 lot üzrə keçirilir.
Lot-1.Yanğınsöndürən balonların doldurulmasının satınalınması.
Lot-2.Avtomatik yanğınsöndürmə sisteminin quraşdırılmasının satınalınması.
Lot-3.Dövri mətbuatın satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində malların (xidmətlərin və ya işlərin) keyfiyyəti və yerli istehsal olması nəzərə alınmaqla və ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər:
İştirak haqqı Lot- 1 150 manat, lot-2 30 manat və lot -3 40 manatdır.
B1. Benefisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ 01360100000000003944
SWIFT BIK CTREAZ22
B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı: DİN-in Daxili Qoşunlarının Baş İdarəsi
H/h: AZ44CTRE 00000000000002458570
VÖEN :1500426471
D3. Büdcə təsnifatının kodu -142340
D4. Büdcə səviyyəsinin kodu- 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 2 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim edilməlidir. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2018-ci ildə notariusdan təsdiq edilmiş surəti);
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2018-ci ildə təsdiq olunmuş surəti;
- son iki ildə malların (xidmətlərin və ya işlərin) təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Tender iştirakçılarından tələb olunan sənədlər 18 oktyabr 2018-ci il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 26 oktyabr 2018-ci il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsinin beşinci mərtəbəsində yerləşən tender komissiyasının otağında əlaqələndirici şəxslərə təqdim edilməlidir.
Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.
Sənədlərin qəbulu hər gün saat 16.00-dan 18.00-a qədərdir.
Tender zərflərinin açılışı proseduru 29 oktyabr 2018-ci il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q.Musabəyov küçəsi, 4) keçiriləcəkdir.
İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.
İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:
Ünvan: Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4.
Telefon: 569-95-10, əlaqələndirici şəxs: E.Əliyev.