Tenderlər

Daxili İşlər Nazirliyi tender elan edir

Daxili İşlər Nazirliyi tender elan edir | FED.az
12:29 16 Fev 2018

DAXİLİ İŞLƏR NAZİRLİYİ TİBB İDARƏSİ (İKINCI ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 6 lot üzrə keçirilir::

lot 1 - Dəftərxana və təssərrüfat malları (84 adda)
lot 2 - Tibbi avadanlıqlar və şəkər ölçən aparat üçün striplər (62 adda)
lot 3 - Tibbi avadanlıqlara texniki xidmətlər
lot 4 - Dərman preparatları, sarğı ləvazımatları, şəkərli diabet üzrə dərman və tibbi təyinatlı vasitələr (51 adda)
lot 5 - Reaktivlər (32 adda)
lot 6 - Narkotik testlər (3 adda)



Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Azadlıq prospekti 161 (AZ1130) (Əlaqələndirici şəxs :İskəndərov Nadir Asif oğlu, telefon :(012) 590-20-60) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 200 manat
lot 2 - 200 manat
lot 3 - 200 manat
lot 4 - 200 manat
lot 5 - 200 manat
lot 6 - 200 manat

Hesab: AZ88CTRE00000000000002078508
VÖEN 1700341621
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-03-07 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-03-16 16:00qədər Bakı şəhəri, Azadlıq prospekti 161 (AZ1130) ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 2018-03-19 10:00 tarixində Bakı şəhəri. Azadlıq prospekti 161 (AZ 1130) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Digər xəbərlər