Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsi 2021-ci il üçün “HiPath 3800” və “OpenScape X8” sistemlərinə göstəriləcək texniki və proqram dəyişikliyi xidmətlərinin, kompüterin və digər avadanlıqların satın alınması məqsədilə açıq tender elan edir.
AZAL 0,6 milyon manatlıq tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, iddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. İddiaçı qismində ixtisaslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri açıq tenderdə iştirak edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar 150 manat məbləğdə iştirak haqqını dövlət satınalmalarının vahid internet portalı vasitəsilə köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər (iştirak haqqının ödənilməsi barədə bank sənədi portal və kağız formasında qəbul edilmir).
İştirak haqqı heç bir halda geri qaytarılmır (iştirak haqqı dövlət satınalmalarının vahid internet portalı vasitəsilə ödənilməmişdən əvvəl aşağıda göstərilən rekvizitlərlə tutuşdurulmalıdır).
B1. Benefisiar (alan) bank
Adı - Dövlət Xəzinədarlığı Agentliyi
Kod - 210005
VÖEN - 1401555071
M/h - AZ41NABZ 01360100000000003944
SWIFT BIK CTREAZ22
B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı-DİN-in Daxili Qoşunlarının Baş İdarəsi
H/h - AZ44CTRE 00000000000002458570
VÖEN - 1500426471
D3. Büdcə təsnifatının kodu - 142330
D4. Büdcə səviyyəsinin kodu – 7
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün bank rekvizitləri (müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, bank rekvizitləri, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə möhürlənib imzalanmış olmalıdır);
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır). Bank təminatını təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat (malların satın alınmasında təcrübəsi, ixtisaslı kadr və texniki imkanları (işçi qüvvəsinin olması) barədə məlumatlar sənəddə öz əksini tapmalıdır.);
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (təşkilatın təsisçisinin və ya direktorunun şəxsiyyət vəsiqəsinin surəti);
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində cinayətə görə məhkum olunmaması barədə məlumatlar (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN xidmət mərkəzlərindən (məhkumluqla bağlı arayış) alır);
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Dövlət Statistika Komitəsindən arayış alınır).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün sənədləri 20 sentyabr 2021-ci il saat 16.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 28 sentyabr 2021-ci il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların tender təklifləri 29 sentyabr 2021- ci il saat 16.00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.