Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyat Baş Polis İdarəsi havalandırma, isitmə-soyutma sistemlərinə, qazanxana və generatorlara texniki servis üzrə satınalma elan edir.
FED.az xəbər verir ki, elana əsasən tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı 200 manatdır.
Satınalma 30.11.2021 tarixinə kimi davam edəcək.
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış (01.11.2021 tarixindən gec olmamaq zəruridir).
Təhlükəsizliyin təmin olunması məqsədilə iddiaçılardan qeyd olunan satınalmalarla əlaqədar (malların çatdırılması və s.) əlaqələndirici şəxslər, eləcə də istifadə olunacaq nəqliyyat vasitələri barədə ətraflı (şəxsiyyət vəsiqəsinin, iş yerini təsdiqləyən sənədin, nəqliyyat vasitələrini idarəetmə hüququnu təsdiq edən sənədin və nəqliyyat vasitələrinin dövlət qeydiyyatına dair sənədin surətlərinin) məlumatların ilkin sənədlərlə birlikdə təqdim olunması tələb olunur (sənədin surəti).
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməmə barədə arayış (01.11.2021-ci il tarixindən sonra alınmaqla, möhür və imzanın olması zəruridir).
Rekvizitlər (sənədin surəti)
Qeydiyyatdan keçdiyi ölkə (Dövlət reysterindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti)
Nizamnamə (sənədin notarial qaydada təsdiq olunmuş surəti)
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (01.11.2021 tarixindən gec olmamaq zəruridir)
Maliyyə vəziyyəti haqqında bank arayışı
(01.11.2021 tarixindən gec olmamaq zəruridir).
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Son maliyyə dövrünə aid olan məlumatı əks etdirməklə).
Texniki təklif: 40 bal
Təmirdə istifadə olunan ehtiyyat hissələrinin DST (avropa standartlarına uyğun) sertifikatlarının olması
10
Şərtlər toplusuna əsasən
İddiaçıların maddi-texniki imkanları (maliyyə vəziyyəti, anbar və s.)
10
Şərtlər toplusuna əsasən
İddiaçıların müvafiq iş və xidmətlər üzrə təcrübəsinin mövcudluğu
10
Şərtlər toplusuna əsasən
Podratçı şirkətin son beş ildə ortaqlıq etdiyi büdcə təşkilatlarından tövsiyyə məktubunun olması
10
Şərtlər toplusuna əsasən
Qiymət təklifi 60 bal
Tender təklifinin qiymətinin təsviri
60
Qiymət təklifi bütün vergi və rüsumlar daxil olmaqla tender predmetinin tam həcmdə icrasını təmin etməlidir
Tender təklifinin qüvvədə olma müddəti
Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir
Tender təklifinin təminatının məbləği
Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir
Tender təklifinin təminatının qüvvədə olma müddəti
Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Mətanət Tunc MŞ-nin rəisi [email protected] (012) 565 42 40
Tələb olunan iddiacıların sayı: 3
• məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır;
• məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür;
• satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır;
• Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz.
Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.