Daşkəsən Mərkəz Rayon Xəstəxanası müxtəlif mal-materialların, maşın və avadanlıqların alınması ilə bağlı keçirdiyi 4 tenderə yekun vurub. FED.az xəbər verir ki, bu tenderlərin hamısında bir şirkət – «Məhəmməd-A» MMC qalib gəlib. Şirkətin qazandığı bütün tenderlər üzrə müqavilə bağlanıb və onların ümumi məbləği 62 044 manat təşkil edib. Ən kiçik müqavilə 12307 manat (yumşaq inventarın alınması), ən böyük müqavilə isə 23 745 manat (bərk inventarın alınması) üzrə olub.
Malların (işlərin və xidmətlərin) adı |
Məbləğ |
İdarənin digər xərcləri |
12570 AZN |
Yumşaq inventarlar |
12307 AZN |
Digər maşın və avadanlıqlar |
13422 AZN |
Bərk inventarlar |
23745 AZN |
Yekun: |
62 044 AZN |