Daşkəsən Dəmir Filiz "Çəngəlli yükləyicinin (forkliftin) satın alınması" ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 4900437551
Satınalan təşkilatın ünvanı: Azərbaycan, Bakı - AZ1004, Mikayıl Müşfiq küç., 2H
Müsabiqənin başlama tarixi və vaxtı: 09.06.2023 12:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 06.07.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 14.07.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 17.07.2023 15:00
Müqavilə üzrə Mallar tam təhvil verildikdən sonra İcraçı tərəfindən təqdim ediləcək müvafiq ödəniş sənədləri (hesab-faktura, akt, elektron qaimə) əsasında ödəniləcəkdir.
Çatdırılma yeri - Daşkəsən rayonu
Çatdırılma müddəti - 2 (iki) ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “Tender iştirakçısının komplekt anket Forması”
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İxtisas göstəriciləri: ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “İxtisas göstəriciləri üzrə Məlumat” Forması
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Anna Elyaşina, Təchizat şöbəsinin müdiri
Email: [email protected]
Əlaqə telefonu: (012) 585 77 88 (1250, 1251)
• Yük qaldırma hündürlüyü: minimum 5 metr • Yük qaldırma qabiliyyəti: minimum 2 ton • İstehsal ili: ən azı 2022-ci il • Dönmə radiusu: minimum 1800 mm • Zəmanət: ən azı 1 il müddətinə və ya ən azı 1500 moto saat • Yanacaq növü: Elektrik • Çəngəl uzunluğu: 1210-1230 • Texniki vəziyyəti: yeni • Mühərrikin gücü: ən azı 48V/700Ah • Mühərrikin həcmi: ən azı 48V/700Ah