Daşkəsən Dəmir Filiz söküntü işləri ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "FRR-2018" MMC (VÖEN: 2904891991) olub.
Şirkətlə 944 197 manat məbləğində müqavilə imzalanıb.
Tender müqaviləsində Daşkəsən dəmir filizi ərazisində köməkçi binaların və infrastruktur tikililərin söküntü işlərinin satın alınması nəzərdə tutulur.


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








