Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Şəki şəhərində yerləşən “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğundakı “Dairəvi Məbəd”lə bağlı iki açıq tender elan edib. Hər iki satınalma layihəsi abidənin bərpası və müasir standartlara uyğunlaşdırılmasını hədəfləyir.
Dövlət qurumu 3 ədəd subartezian quyusu tikəcək şirkətə - 227 MİN ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, birinci tender “Dairəvi Məbəd”-in daxili tərtibatı xidmətlərinin satın alınması məqsədilə keçirilib. Bu tender üzrə ehtimal olunan qiymət 204.816,14 AZN, iştirak haqqı isə 350 manat olaraq müəyyənləşdirilib. Maraqlanan tərəflər öz təkliflərini 12 iyun 2025-ci il saat 16:00-a qədər təqdim etməlidirlər. Zərflərin açılışı da həmin tarixdə və eyni saatda baş tutacaq.
İkinci tender isə məbədin əvvəlki mərhələlərdə başlanmış əsaslı təmir işlərinin qalıq hissəsinin icrasına aiddir. Bu satınalmanın ehtimal olunan dəyəri 103.099,00 AZN, iştirak haqqı isə 250 manatdır. Təkliflərin təqdim olunması və zərflərin açılışı 10 iyun 2025-ci il saat 16:00-da baş tutacaq.
Hər iki tender üzrə əlaqələndirici şəxs Dövlət Turizm Agentliyinin sektor müdiri Mehman Bayramovdur. Əlaqə üçün onun rəsmi email ünvanı [email protected], telefon nömrəsi isə +994 12 505 87 04 (daxili 23) olaraq göstərilib.
İki tenderin ümumi ehtimal olunan dəyəri 307.915,14 AZN təşkil edir.