Azərbaycan Respublikası Mərkəzi Bankının tenderi baş tutmayıb.
FED.az xəbər verir ki, sözügedən tender Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən mərkəzi ofisi üçün 2 ədəd 30 kVA gücündə elektrik tənzimləyicisinin və Yevlax və Quba şəhərlərində yerləşən Ərazi İdarələri binalarında istismar olunan UPS avadanlıqları üçün akkumulyatorların və onların quraşdırılması işlərinin satın alınması üzrə elan edilmişdi.
Amma Tender komissiyasının 25 noyabr 2021-ci il tarixli qərarına əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq (Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda) baş tutmamış hesab edilib.