Gənclər Fondu "Gənclər Fondu PHŞ-in Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış 2022-ci il üzrə illik maliyyə hesabatlarının auditinin aparılması və auditor rəyinin verilməsi xidmətinin satınalınması" ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, sorğunun qalibi "Azəruçot" MMC (VÖEN: 2007078631) seçilib.
Şirkətlə 10 450 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
"Azəruçot" MMC bundan əvvəl Dənizkənarı Bulvar İdarəsi ilə audit xidməti üzrə "Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxsinin və tabeliyindəki təşkilatların (4 təşkilat) 31.12.2022-ci il tarixə maliyyə hesabatlarının və Konsolidə edilmiş maliyyə hesabatlarının auditi" kotirovka sorğusu üzrə 12 300 manatlıq müqavilə bağlayıb.