Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Naxçıvan regional “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Parlaq Məkan” MMC olub.
Qalib şirkətlə 231 530 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqaviləyə əsasən 7 780 m(2) ərazinin təmizlənməsi nəzərdə tutulub.