FED.az xəbər verir ki, 22 avqust 2018-ci il, saat 11:00-da “Ceyranbatan Dəmir Beton” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
İclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Nizamnamənin yeni redaksiyada təsdiq edilməsi.
2. Səhmdar cəmiyyətinin 2017-ci ilin yekunlarına dair maliyyə təsərrüfat fəaliyyətinin müzakirəsi.
3. Diretorlar (Müşahidə) şurası, səhmdarların ümumi yığıncağı, icra orqanı və təftiş komissiyası haqqında Əsasnamələrin təsdiqi.
4. Direktorlar (Müşahidə) şurasının, icra orqanın və təftiş komissiyasının formalaşdırılması;
5. Digər məsələlər.
Yığıncaqda bütün səhmdarların şəxsiyyətinin təsdiq edən sənədlə iştirakı vacibdir.
Ceyranbatan ASC-nin səhmdarları toplanır
12:49
13 İyul 2018