FED.az xəbər verir ki, "Cənub Qaz Dəhlizi" QSC 01 yanvar 2019-cu il tarixindən 31 dekabr 2021-ci il tarixinə qədər (2019-2021-ci illər) hər hesabat ili üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) əsasən tərtib olunmuş konsolidə edilmiş maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi üçün açıq tender elan edir.
Təşkilat VOEN: 1701605251
Təşkilatın ünvanı: Bakı şəh., Heydər Əliyey prospekti 121
Başlıq |
Açıqlama |
Miqdar |
|
Audit xidmətləri |
maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun müstəqil auditi |
3 |
il |
ÜSL kod (kateqoriya) - 79212000-3 Audit xidmətləri,
Açıq tenderin başlama tarixi və vaxtı 15.10.2019 17:45
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 20.11.2019 16:00
Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı 27.11.2019 17:00
Zərflərin açılış tarixi və vaxtı 29.11.2019 16:00
Lotda iştirak haqqı: 100 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Hesab: АZ20İBAZ38020019441115706120
VÖEN: 1701605251
Bank: Azərbaycan Beynəlxalq Bankı - Premyer Müştəri Xidməti
Kodu: 805250
M/H: АZ03NABZ01350100000000002944
S.W.İ.F.T: İBAZAZ2Х
Büdcə təsnifat kodu:
ÇATDIRILMA YERİ
Bakı şəh., Heydər Əliyev prospekti 121, SOCAR Tower
ÇATDIRILMA MÜDDƏTİ
hər təqvim ili üçün növbəti təqvim ilinin iyun ayının 15-dək
ÇATDIRILMA ŞƏRTLƏRİ
DDP
ÖDƏNİŞ ŞƏRTLƏRİ
Təhlil prosedurları başlayan zaman həmin il üçün xidmət haqqının 50%-i, illik maliyə hesaatlarının yekun audit protokolu təqdim edildikdən sonra yerdə qalan 50%-i.
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
TƏLƏB OLUNAN SƏNƏDLƏR
Tələb olunan sənədlər:
İştirakçının Azərbaycan Respublikasında dövlət qeydiyyatı haqqında sənədin surəti (notarial qaydada təsdiq edilmiş surəti)
İştirakçının VÖEN-i və bank rekvizitləri (VÖEN-in surəti)
İştirakçının ünvanı və əlaqə telefonları (Əgər faktiki ünvanı hüquqi ünvanından fərqlidirsə)
İştirakçının nizamnaməsi surəti
Xidmətlərin satın alınması barədə müqaviləni iştirakçı adından imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
Auditor fəaliyyətinin həyata keçirilməsi üçün iştirakçıya verilmiş xüsusi razılığın (lisenziyanın) surəti
İxtisas göstəriciləri:
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Qeyd olunmuş prosedurlar üçün mətn
TENDER TƏKLİFİ
Texniki təklif: 60 bal
Şirkətinin Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərinin bir və ya bir neçə sayda buraxılan qiymətli kağızlarla əlaqədar beynəlxalq təyinatlı Prospektinin hazırlanması ilə bağlı təcrübə göstəricisi (Qiymətli Kağızlar haqqında Qanununun S Aktı və 144A Qaydasına əsasən hazırlanmış hesabatların sayı) 5 və daha artıq - 50 bal 3-4 ədəd - 30 bal 1-2 ədəd – 15 bal
Şirkətin CQD-nin auditi ilə bağlı təcrübəsi (BMHS əsasında hazırlanmış maliyyə hesabatlarının auditinin sayı) 5 və daha artıq - 50 bal 3-4 ədəd - 30 bal 1-2 ədəd – 15 bal
Şirkətinin Shah Dəniz HPBS-in Mənfəət Vergisi Bəyannaməsinin hazırlanmasına aid olan müddəalarına uyğun hazırlanmış Mənfəət Vergisi Bəyannaməsi ilə təcrübə üzrə göstərici (Shah Dəniz HPBS-in Mənfəət Vergisi Bəyannaməsinin hazırlanmasına aid olan müddəalarına uyğun hazırlanmış Mənfəət Vergisi Bəyannamələrin auditinin sayı) 35 ədəddən artıq - 60 bal 31-35 ədəd – 50 bal 26-30 ədəd – 40 bal
CQD-in auditində iştirak edən layihə qrupunun rəhbərləriyinə (baş menecer və partnyor səviyyəsində) daxil olan ACCA və/və ya CPA kvalifikasiyalı mütəxəssislərin sayı 5 və daha artıq - 50 bal 3-4 ədəd - 30 bal 1-2 ədəd – 15 bal
Şirkətin Azərbaycanda qaz boru kəmərləri layihələri ilə təcrübə üzrə göstərici (Azərbaycanda qaz boru kəməri layihələri üzrə müəssisələrində BMHS/ABŞ ÜQMP əsasında hazırlanmış maliyyə hesabatlarının auditinin sayı) 35 ədəddən artıq - 60 bal 31-35 ədəd – 50 bal 26-30 ədəd – 40 bal 21-25 ədəd – 30 bal 11-20 ədəd – 20 bal 1-10 ədəd – 10 bal
Şirkətin işçi heyətində çalışan ACCA və/və ya CPA kvalifikasiya proqramlarına daxil olan bütün imtahanları uğurla tamamlamış peşəkar auditorların sayı üzrə göstərici (sadalanan kvalifikasiya proqramlarına daxil olan bütün imtahanların uğurla verilməsini təsdiq edən sənəd və əmək kitabçasının surətləri əlavə olunmaqla) 20 nəfərdən artıq – 60 bal 16-20 nəfər – 40 bal 11-15 nəfər – 30 bal 6-10 nəfər – 20 bal 1-5 nəfər – 10 bal
Şirkətin Azərbaycanda qaz layihələri ilə təcrübə üzrə göstərici (Azərbaycanda qaz layihələri üzrə müəssisələrdə (müəssisələrin adı və hər bir müəssisə üzrə hesabatların sayı göstərilməklə) BMHS/ABŞ ÜQMP əsasında hazırlanmış maliyyə hesabatlarının auditinin sayı) 35 ədəddən artıq - 60 bal 31-35 ədəd – 50 bal 26-30 ədəd – 40 bal 21-25 ədəd – 30 bal 11-20 ədəd – 20 bal 1-10 ədəd – 10 bal
Şirkətinin Azərbaycanda fəaliyyət göstərən mürrəkəb konsolidasiya (5 və daha artıq müəssisəni özündə əks etdirən) tələb edən neft-qaz şirkətlərinin auditi ilə bağlı təcrübə göstəricisi (BMHS-ə əsasən hazırlanmış hesabatların sayı) 25 ədəddən artıq– 60 bal 21-25 ədəd – 50 bal 16-20 ədəd – 40 bal 11-15 ədəd– 30 bal 6-10 ədəd – 20 bal 1-5 ədəd – 10 bal
Qiymət təklifi:: 40 bal
Təklifin qüvvədə olan müddəti - Tender təklifinin qüvvədə olma müddəti: Tender təkliflərinin baxılması günündən etibarən 30 (otuz) bank günü.
Tender təklifinin təminatı - Tender təklifinin təminatı, Tender təklifinin ümumi qiymətinin 1%-i (bir faizi) həcmində müəyyən olunur. Tender təklifinin təminatı bank zəmanəti formasında olmalıdır və tender təklifi təqdim olunmalıdır.
Qiymət təklifi 40 Faiz aşağıdakı formula ilə müəyyən olunur: R= (Ax - Amin) / Ax*100 R- maliyyə meyarları üzrə bal Amin - təkliflər arasında minimal qiymət Ax- x-ci iştirakçının təklif etdiyi qiymət 45%-dən artıq – 70 bal; 30-45% – 80 bal; 15-29% – 90 bal; 15%-dən az – 100 bal.
Qeyd olunmuş prosedurlar üçün mətn
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Tender təklifi: |
30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti |
Təklifin təminatı: |
60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra |
KAMRAN NİFTƏLİYEV
BAŞ HÜQUQŞÜNAS
KAMRAN.NİFTALİ[email protected]
+994504918611
Tələb olunan iddiacıların sayı: 3
• məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür;
• satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır;
• Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz.
Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
Müəyyən edilməmişdir
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır