Səhiyyə Nazirliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda LOT 1: Cəlilabad Rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı (I MƏRHƏLƏ) nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1400049171
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A
Müsabiqənin başlama tarixi və vaxtı : 09.10.2023 11:40
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 15.11.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 23.11.2023 10:00
Zərflərin açılış tarixi və vaxtı : 24.11.2023 10:00
Hesab nömrəsi: AZ27AIIB33010019441104752111
Bankın adı : KAPİTAL BANK ASC -Nəsimi filialı
Bankın kodu: 200112
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Bankın VÖEN-i: 1000418451
Swift kodu: AIIBAZ2X
Ödəniş şərtləri : Müqavilə əsasında
Çatdırılma yeri : Cəlilabad rayon Göytəpə şəhəri
Çatdırılma müddəti : 11 ay
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Əlavə sənədlər - müəssisənin maddi-texniki bazası, o cümlədən, şirkətə məxsus avadanlıqlar, maşınlar və s. və kadr potensialı (rəhbər işçilərin və müətəxəssislərin diplomlarının surəti) barədə təsdiq edilmiş (texniki pasport, icarə müqaviləsi və digər təsdiqedici sənədlər nəzərdə tutulur) məlumat. (Cəlb olunacağı təqdirdə subpodratçılar tərəfindən Subpodrat müqaviləsi, Subpodratçının ixtisas göstəricilərini təsdiq edən sənədlər, onun kadr potensialı, son 2 ildə icra etdiyi layihələr barədə məlumatlar təqdim olunmalıdır);
Əlavə sənədlər - son 2 ildə icra etdiyi analoji layihələr barədə məlumatlar (müqavilələr, başa çatmış layihələrin yekun təhvil-təslim aktları) təqdim olunmalıdır
Əlavə sənədlər- iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə, elanının verildiyi tarixdən sonrakı tarixə vergi orqanı tərəfindən təsdiqlənmiş arayış
Statistika - iddiaçının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sahibkarlıq subyekti kateqoriyasını təsdiq edən arayış;
Əlavə sənədlər
Əlavə tələb - Elanının verildiyi tarixdən ən çoxu 30 gün əvvələ İddiaçı təşkilatların kredit borcuna dair rəsmi arayış.
İxtisas göstəriciləri:Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Gülarə Mustafayeva , tender sənədlərinin hazırlanması üzrə mühəndis və Vurğun Abdullayev ,mühasib.
Email: [email protected]
Əlaqə telefonu: 0125260657 , 012 4930318.