FED.az TENDER xəbər verir ki, rayonda ötən il 20 tender keçirilib. Bu tenderlərin ümumi məbləği 677 min 598 manat olub. Rayonda ən yüksək məbləğdə müqavilə Cəlilabad Rayon İcra Hakimiyyəti ilə “Cənub-200” MMC arasında bağlanıb. “Cari məqsədlər üçün nəzərdə tutulmuş mallar və xidmətlər” üzrə bu müqavilənin məbləği 160 min 102 manat təşkil edib.
Eləcə də bax: Şəkidə dövlət tenderlərini kimlər udur? – ADLAR, SİYAHI
Sayca ən çox müqavilə isə İcra Hakimiyyəti ilə “Zirvə-97” MMC arasında bağlanıb. Bu şirkətlə bağlanan 5 müqavilənin ümumi dəyəri 37 min 720 manat olub.
Ən az məbləğdə müqavilə isə (“Ciddi uçot blankları və kitablar”) rayonun Mərkəzi Xəstəxansı ilə “Sözün İşığı” MMC arasında imzalanan 4 min 488 manat dəyərində olub.
Satınalan təşkilatın adı | Malgöndərən təşkilatın adı(podratçı) | Müqavilənin predmeti | Məbləğ |
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası | F/Ş: Abbasov Şahin Abas oğlu | Tədbirin təşkili işləri | 18 850 |
Cəlilabad Rayon Statistika İdarəsi | Azərmaş MMC | Xidməti avtomobil | 16 500 |
Cəlilabad Rayon İcra Hakimiyyəti | Zirvə-97 MMC | Cari təmir işləri | 7 444 |
Cəlilabad Rayon İcra Hakimiyyəti | Zirvə-97 MMC | Dəftərxana ləvazimatları | 8 324 |
Cəlilabad Rayon İcra Hakimiyyəti | Zirvə-97 MMC | İnventarlar | 9 250 |
Cəlilabad Rayon İcra Hakimiyyəti | Zirvə-97 MMC | Ehtiyat hissələri | 5 132 |
Cəlilabad Rayon İcra Hakimiyyəti | Zirvə-97 MMC | Digər maşın və avadanlıqlar | 7 570 |
Cəlilabad Rayon İcra Hakimiyyəti | Cənub-2000 MMC | Cari məqsədlər üçün nəzərdə tutulmuş mallar və xidmətlər | 160 102 |
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası | İnşaat-31 MMC | Sosial mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri işləri | 53 927 |
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası | Cənub Tibbi Təchizat MMC | Avadanlıqlar | 76 424 |
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası | Miraj Mebel MMC | İnventarlar | 73 725 |
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası | Sey.A MMC | Dəftərxana və təsərrüfat malları | 62 261 |
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası | İnşaat-31 MMC | Cari təmir işləri | 40 705 |
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası | Xəzər FD MMC | Digər maşın və avadanlıqlar | 37 147 |
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası | Xəzər FD MMC | Yumşaq inventarlar | 41 428 |
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası | NFİ MMC | Digər nəqliyyat xidmətləri | 9 050 |
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası | F/Ş: Abbasov Musa Şahin oğlu | İdarənin digər xərcləri üzrə | 32 251 |
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası | NFİ MMC | Mətbəə blankları | 6 540 |
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası | Sözün İşığı MMC | Ciddi uçot blankları və kitablar | 4 488 |
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası | Azmedstat MMC | Tibbi forma və jurnallar | 6 480 |