Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində 80 yerlik məktəbəqədər təhsıl müəssisəsinin tikintisi (Bina №2)” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Konsept Holding” MMC olub.
Qalib şirkətlə 1 785 233 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, "Konsept Holding" MMC 2000-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nasir Mustafazadə Nadir oğludur. Hüquqi ünvanı AZ1007, Bakı şəhəri Nəsimi rayonu, M.Mirqasımov , ev 29, m. 150 A ünvanında yerləşir.