Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satınalınması nəzərdə tutulur.
Satınalan təşkilatın email ünvanı: [email protected]
Faks nömrəsi: -
Satınalan təşkilatın ünvanı: Cəbrayıl (Biləsuvar) rayonu 3 saylı qəsəbə
Sənəd qəbulunun başlama tarixi və vaxtı: 18.05.2023 18:00
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 07.06.2023 17:00
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.