İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi "Göz əməliyyatları zamanı istifadə edilən ləvazimatların satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki tenderin qalibi "Real Vision" MMC şirkəti olub. Şirkətlə 950 min 179 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, şirkət bundan əvvəl də qurumun 38 min 582 manat məbləğində "Göz əməliyyatlarının aparılması üçün tibbi təyinatlı vasitələrin satın alınması tenderinin də qalibi olub.
İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi 950 min manatlıq tenderin nəticələrini - ELAN ETDİ
17:54
21 Okt 2022