Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi “Müxtəlif məzmunlu fotomateriallarla bağlı çap işlərinin satın alınması” üzrə tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır. Müsabiqə yanvar ayının 23-də başlayıb.Tələb olunan sənədlər fevralın 13-dək, təkliflər isə fevralın 21-dək təqdim edilməlidir. Zərflər fevral ayının 22-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1702303001
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Füzuli kücəsi 37
Çatdırılma yeri: Bakı şəhəri, Füzuli küçəsi 37
Çatdırılma müddəti: 3 ay
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Müxtəlif məzmunlu fotomaterialların baner üzərində çap edilməsi |
Ulu Öndər Heydər Əliyevin həyatına, fəaliyyətinə, onun rəhbərliyi ilə həyata keçirilmiş layihələrə, əldə edilmiş nəticələrə dair müxtəlif məzmunlu fotomaterialların açıq məkanda yerləşən reklam qurğularında yayımlanması məqsədi ilə "baner" üzərində çap edilməsi (Materialların nümunələri təqdim olunmalıdır). |
75000 |
m(2) |
2 |
Müxtəlif məzmunlu fotomaterialların backlit üzərində çap edilməsi |
Ulu Öndər Heydər Əliyevin həyatına, fəaliyyətinə, onun rəhbərliyi ilə həyata keçirilmiş layihələrə, əldə edilmiş nəticələrə dair müxtəlif məzmunlu fotomaterialların açıq məkanda yerləşən reklam qurğularında yayımlanması məqsədi ilə "backlit" üzərində çap edilməsi (Materialların nümunələri təqdim olunmalıdır). |
20000 |
m(2) |