Tenderlər

Büdcə təşkilatı "Toyota Corolla" və “Volkswagen Passat”ın kirayəsinə - 13 MİN MANAT XƏRCLƏDİ

Büdcə təşkilatı "Toyota Corolla" və “Volkswagen Passat”ın kirayəsinə - 13 MİN MANAT XƏRCLƏDİ | FED.az
09:49 13 May 2019

Bir ədəd "Toyota Corolla" və “Volkswagen Passat” markalı avtomobillərin 5 aylıq kirayəsinə "Enerji Məsələlərini Tənzimləmə Agentliyi" PHŞ 12 832 manat xərcləyib.

FED.az xəbər verir ki, büdcə təşkilatı bu xidmətlərə görə "EZ GROUP" MMC ilə müvafiq olaraq 6 195 manat və 6 637 manat dəyərində iki satınalma müqaviləsi imzalanıb. 

Xatırladaq ki, bu ilin martında agentlik 1 ədəd "Toyota Camry"nin 5 aylıq kirayəsi üzrə "Bookingcar" MMC ilə 12 500 manatlıq satınalma müqaviləsi imzalayıb.

Eləcə də bax: Azərbaycanda çoxmilyonluq tenderin - nəticəsi açıqlandı – QALİBLƏR, MƏBLƏĞLƏR

Digər xəbərlər