İpoteka və Kredit Zəmanət Fondu İT üzrə audit xidmətlərinin satın alınması üzrə tender elan edir.
Nazirlik yeni tender – ELAN EDİR - BU ŞƏRTLƏRLƏ
Fed.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 25.05.2022 18:00-a kimidir və iştirak ödənişi 150 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Tenderdə iştirak etmək üçün ərizə - PDF formatda əlavə edilsin.
İddiaçının Qanunla müəyyən edilmiş ixtisas göstəriciləri meyarlarına uyğun gəlməsi barədə iltizam və ya müvafiq halları təsdiq edən sənədlər - PDF formatda əlavə edilsin.
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar göstəricilərini əks edən məlumatlar (Əsas şərtlər toplusuna 2 nömrəli Əlavə) - PDF formatda əlavə edilsin.
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayışlar - PDF formatda əlavə edilsin.
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış - bank arayışı elanın verildiyi tarixdən sonrakı tarixlə təqdim edilməlidir. PDF formatda əlavə edilsin.
İddiaçının peşəkarlığını və iş təcrübəsini, eləcə də texniki imkanlarını əks etdirən məlumatlar (iddiaçının mütəxəssisləri müvafiq sahədə tanınmış sertifikatlara (CISA (Certified Information Systems Auditor)/CISM (Certified Information Securities Manager)/CIA (Certified Internal Auditor)/GSNA (GIAC Systems and Network Auditor)/CISSP (Certified Information Systems Security Professional), son 2 ildə ən azı 3 layihə - İT infrastrukturunun (serverlər, data mərkəzlər, proqram təminatları və s.) auditi üzrə iş tərcrübəsinə malik olmalıdır) - PDF formatda əlavə edilsin.
İddiaçının müvafiq sahədə son 3 ildə xidmət göstərdiyi müştərilərinin siyahısı - PDF formatda əlavə edilsin.
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr) - PDF formatda əlavə edilsin.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Mətin Hacıyev
Əlaqə: (+99412) 441-24-23 (daxili 133)