Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti “Xocavənd rayonu, Hadrut qəsəbəsinin və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət qurumunun 2 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
FED.az xəbər verir ki, tenderin qalibi “İnşaatçı-Neftçi” MMC olub.
Qalib şirkətlə 12 583 453 manat məbləğində müqavilə imzalanıb.