Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi “Proqram təminatına texniki xidmət və dəstək” tenderinin nəticələrini elan edib.
Maliyyə Nazirliyi - TENDER KEÇİRİR
FED.az xəbər verir ki, tenderin qalibi “Cerberus” MMC olub.
Qalib şirkətlə 1 420 230 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Cerberus” MMC 2012-ci ildə yaradılıb, nizamnamə kapitalı 25 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Dzhevdet Salakhly. Hüquqi ünvanı AZ1069, Bakı şəhəri Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli, ev 52, M7, m. 3 ünvanında yerləşir.