Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ““Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri və Füzuli rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Az Graft Construction” MMC olub.
Qalib şirkətlə 2 150 418 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Az Graft Construction” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 1 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İsgəndər Qasımov Bəhman oğludur. Hüquqi ünvanı AZ4100, Laçın Rayonu, Taxta Körpü ünvanında yerləşir.