"Azərkosmos" Agentliyi "Azərspace-1” peykinin sığortalanması xidmətlərinin satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib şirkət "Paşa Sığorta" ASC olub. Sığorta müqaviləsinin dəyəri 946 500 manatdır..
Qeyd edək ki, şirkət bundan əvvəl agentliyin "Azərsky” peykinin sığortalanması xidmətlərinin satın alınması" tenderinin qalibi seçilib.(22.12.2022)
“PAŞA Sığorta” ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı il 12 oktyabr tarixli 476 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır.