Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tenderin nəticələri açıqlanıb.
Bu şirkət yenidən nazirliyin 10 milyonluq - TENDERİNİ UDDU
FED.az xəbər verir ki, tenderin qalibi “Real-İnşaat” MMC (6000137461) olub. Şirkət Xocavənd şəhərində 100 fərdi yaşayış evinin təmir işlərini həyata keçirəcək. Tərəflər arasında bağlanmış müqavilənin ümumi dəyəri 5 857 644 AZN təşkil edir.
“Real-İnşaat” MMC bu il ərzində bir neçə əhəmiyyətli tenderdə qalib seçilib. Şirkət Xocavənd rayonunun Hadrut qəsəbəsində ümumi sahəsi 7236,90 kv.m olan 43 fərdi yaşayış evinin təmirini həyata keçirəcək və bu işlərin müqavilə dəyəri 2 521 944 AZN təşkil edir. Eyni qəsəbədə 2-ci mərhələdə, ümumi sahəsi 6058,8 kv.m olan 36 fərdi yaşayış evinin təmiri üçün də qalib seçilmişdir, müqavilə dəyəri 2 102 267 AZN-dir.
Bundan əlavə, Biləsuvar rayonunda məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri işləri üçün də "Real-İnşaat" MMC-nin təklifləri üstünlük qazanmış və müqavilə dəyəri 271 161 AZN olmuşdur.
Qeyd edək ki, “Real-İnşaat” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 220 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emin Nərimanov Fəxrəddin oğludur. Hüquqi ünvanı Göyçay rayonu, Göyçay şəhəri, Cəfər Cabbarlı, ev 4/2-də yerləşir.