Müdafiə Nazirliyi “Azərbaycan Ordusunun hərbi hissələri üçün elektrik mallarının satın alınması” tenderinin nəticələrini elan edib.
Bu şirkət dövlət qurumuna elektrik malları satdı - MƏBLƏĞ
FED.az xəbər verir ki, tenderin qalibi “Amper” MMC olub.
Qalib şirkətə 1 129 955 manat ödəniləcək.
Qeyd edək ki, “Amper” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 186 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xəyal Söhbətov Gülməmməd oğludur. Hüquqi ünvanı AZ1063, Bakı Şəhəri Qaradağ Rayonu, Lökbatan Ştq, Xocahəsən Yolu, ev 57m ünvanında yerləşir.