“MİDA” MMC “Şirvan şəhəri, Naxçıvan küçəsində 8,11 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində 960 şagird yerlik tam orta məktəb binasının qazanxana ilə birlikdə tikintisi, avadanlıqlarla təchiz edilməsi və məktəb ərazisinin abadlaşdırılması işləri” tenderinin nəticələrini elan edib.
Qubadlıda tikinti-quraşdırma işləri ilə bağlı - 33 MİLYON MANATLIQ TENDER
FED.az xəbər verir ki, tenderin qalibi “İdeal TM” QSC olub.
Qalib şirkətlə 6 951 997 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “İdeal TM” QSC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əfqan Əliyev Tapdıq oğludur. Hüquqi ünvanı AZ1078, Bakı Şəhəri Nəsimi Rayonu, Tiflis pr, ev 44 C, m. 0 ünvanında yerləşir.