Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən Xocavənd rayonunun Hadrut qəsəbəsində həyata keçiriləcək yaşayış evlərinin təmiri ilə bağlı elan edilmiş tender başa çatıb.
Dövlət Agentliyi hüquqi xidmətlər üçün yeni tərəfdaş seçdi
FED.az xəbər verir ki, yekun nəticəyə əsasən, “Real-İnşaat” MMC (VÖEN: 6000137461) qalib seçilərək ümumi sahəsi 7236,90 kvadratmetr olan 43 fərdi yaşayış evinin təmiri işlərini icra edəcək.
Qalib şirkətlə 2 521 945 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, “Real-İnşaat” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 220 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emin Nərimanov Fəxrəddin oğludur. Hüquqi ünvanı AZ2300, Göyçay rayonu, Göyçay şəhəri, Cəfər Cabbarlı, ev 4/2 ünvanında yerləşir.