İnnovasiya və Təchizat Mərkəzi ““Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələri”nin satın alınması” tenderinin nəticələrini elan edib.
Tibbi qurum sərfiyyat mallarına 7,2 milyon - SƏRF EDƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC olub.
Qalib şirkətlə 12 385 443 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Şirəliyev Əvəz oğludur. Hüquqi ünvanı AZ1030, Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev, ev 21C ünvanında yerləşir.