Milli Onkologiya Mərkəzi “Kimyəvi dərman preparatları, sarğı materialları və reaktivlərin satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət qurumu 4 milyonluq dərmanları bu şirkətdən aldı – TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC olub.
Qalib şirkətlə 29 829 766 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Azəri Med” QSC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hüquqi ünvanı AZ1033, Bakı Şəhəri Nərimanov Rayonu, Asif Məmmədov, Ev 30 F ünvanında yerləşir.