Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Cəbrayıl rayonu, Horovlu kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Qarabağ Universitetində 10 milyonluq təmir işlərini bu şirkətlər görəcək
FED.az xəbər verir ki, tenderin qalibi “19 Saylı Tikinti Təmir İdarəsi” MMC olub.
Qalib şirkətə 40 225 221 manat ödəniləcək.
Qeyd edək ki, “19 Saylı Tikinti Təmir İdarəsi” MMC-nin qanuni təmsilçisi Loğman Aslanov Fərəc oğludur, şirkətin nizamnamə kapitalı 100 000 manat təşkil edir.