Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 88 fərdi yaşayış evinin tikintisi” tenderinin nəticələrini elan edib.
Cəbrayılda 9,2 milyon manata 60 ev tikiləcək - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin qalibi “Hovers Group” MMC olub.
Qalib şirkətə 13 818 845 manat ödəniləcək.
Qeyd edək ki, “Hovers Group” MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 345 720 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlqar Zeynalov Adgözəl oğludur. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri Nəsimi rayonu, Abbas Səhhət, ev 73 ünvanında yerləşir.