Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “7 saylı Bakı “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Parlaq Məkan” MMC olub.
Qalib şirkətə 528 955 manat ödəniləcək.
Qeyd edək ki, 12 793 m(2) sahənin təmizlənməsi nəzərdə tutulub.