Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 4 tenderə yekun vurub.
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
FED.az xəbər verir ki, sözügedən tendelər “ASAN xidmət” mərkəzlərində təmizlik xidmətinin satınalınması ilə bağlıdır və tenderləri "Təmizliyin İncisi" MMC (VÖEN: 1004445421) şirkəti udub.
Qalib şirkət Dövlət Agentliyinin inzibati binasında və 17 “ASAN xidmət” mərkəzinə təmizlik xidməti göstərəcək və əvəzində 4 788 011 AZN qazanacaq.
Qeyd edək ki, "Təmizliyin İncisi" MMC şirkətinin nizamnamə kapitalı 10 AZN təşkil edir və qanuni təmsilçisi Əvəz Qurbanov İsmayıl oğludur.
Tenderlər haqqında daha detallı aşağıdakı cədvəldə:
№ |
Satınalan təşkilatın adı |
Məbləğ |
Yekunlaşma tarixi |
1 |
Şamaxı, Şəki, 1 saylı Sumqayıt və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması |
789 455 AZN |
10.02.2025 09:15 |
2 |
Tovuz, 1 saylı Gəncə və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması |
716 364 AZN |
10.02.2025 09:04 |
3 |
1, 2 və 6 saylı Bakı “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması |
697 970 AZN |
10.02.2025 09:02 |
4 |
Naxçıvan, Masallı və Lənkəran regional “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması |
847 517 AZN |
10.02.2025 09:01 |
5 |
Sabirabad, Ağcabədi və İmişli regional “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması |
861 798 AZN |
07.02.2025 15:35 |
6 |
Dövlət Agentliyinin inzibati binasında və 7 saylı Bakı “ASAN xidmət” mərkəzində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması |
874 907 AZN |
07.02.2025 14:50 |