Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təmizlik xidmətinin satın alınması ilə bağlı iki tenderə yekun vurub.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi “Parlaq Məkan” MMC olub.
Qalib şirkətə müvafiq olaraq “Sabirabad regional “ASAN xidmət” mərkəzində 2024-cü il üçün təmizlik xidmətlərinin satınalınması” tenderi üzrə 167 969 manat, “Şəki regional “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması” tenderi üzrə isə 184 930 manat ödəniləcək.