FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti “Goranboy şəhəri, C.Cabbarlı küçəsində 16 mənzilli, M.Məhərrəmov küçəsində 20 mənzilli və Goranboy rayonu Dəliməmmədli şəhəri, T.Əkbərov küçəsində 16 mənzilli yaşayış binalarının tikintisi” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Ricon” MMC olub.
Şirkətlə 3 268 721 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Ricon” MMC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşad İsmayılov Rəhim oğludur. Hüquqi ünvanı AZ1025, Bakı Şəhəri Xətai rayonu, Mərkəzi Bulvar küçəsi , ev 22 ünvanında yerləşir.