Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tenderlərinin qalibini açıqlayıb.
Eləcə də bax: Metropolitenin 790 min manatlıq tenderini - BU ŞİRKƏT UDDU
FED.az xəbər verir ki, tenderlərin 5-i də "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC qazanıb. Qurum 5 tender üçün şirkətə ümumilikdə 799 min 21 manat xərcləyib.
Keçirilmiş tenderlər və məbləğləri aşağıdakılardır:
1. Dəftərxana və təsərrüfat xərcləri üçün 165 min 920 manat;
2. Yumşaq inventar və xüsusi geyimlərin alınması üçün 132 min 951 manat;
3. Ehtiyat hissələrinin alınması üçün 100 min 681 manat;
4. Parkların saxlanması üçün avadanlıqların alınması üçün 211 min 732 manat;
5. Avadanlıqların alınması üçün 187 min 738 manat.