Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən keçirilən tenderə yekun vurulub.
Tibbi qurum 26 milyon manatlıq dərmanlar alacaq - BÖYÜK TENDER ELANI
FED.az xəbər verir ki, sözügedən tender Azərbaycan Ordusunun hərbi hissələri üçün müxtəlif növ elektrik mallarının satın alınmasını nəzərdə tuturdu. Tenderdə "Amper" MMC şirkəti qalib olub.
Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 1.562.131,58 AZN olaraq müəyyən edilmişdi. "Amper" MMC isə tenderi 573.273,63 AZN-ə qazandı. Beləliklə, şirkət tenderin ehtimal olunan qiymətindən 988.857,95 AZN az pul əldə etmiş oldu. Bu, təxminən 63,33% endirim deməkdir.