“Bakı Metropoliteni” QSC “Bakı Metropoliteni” QSC-nin zərərli iş şəraitində çalışan işçiləri üçün südün tədarükü və təchizatının satın alınması üzrə 2 tenderə yekun vurub.
Azərbaycanda süd istehsalının ən çox artdığı və azaldığı rayonlar - SİYAHI
FED.az xəbər verir ki, hər 2 tenderi Esmira Hadı Qızı Həsənova udub.
Tenderin qalibi olan fiziki şəxs Esmira Həsənova "Bakı Metropoliteni"dən yağlılığı 3,2%-dən az olmayan 42 480 litr süd müqabilində 115 291 manat, 44 730 litr süd müqabilində isə 122 453 manat ödəniş alacaq.
Ümumilikdə sahibkar süd sataraq 237 744 manat qazanacaq. 1 litr süd üçün təqribi qiymət 2 manat 73 qəpik civarındadır.