Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tenderlər elan edir.
FED.az xəbər verir ki, nazirlik Biləsuvar, Quba, Quba, Şəmkir, Sabirabad rayonlarında məktəblərin tikintisi üçün layihə-smeta işləri üçün tenderlər elan edir.
Həmin tenderlər aşağıdakılardır:
K.Ağayev adına Biləsuvar şəhər Texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin yenidən qurulması üzrə layihə-smeta sənədlərinin hazırlanması;
Quba rayonu, Digah kənd 360 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;
Qobustan rayonu, Nabur kənd 1 nömrəli 264 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;
Şəmkir rayonu, Zəyəm Cırdaxan kənd 2 nömrəli 432 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;
Sabirabad rayonu, Nizami kənd 624 şagird yerlik tam orta məktəbin bərpa-gücləndirmə və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması.
Əlaqələndirici şəxs: Sirac Əliyev - Əsaslı Tikinti və Təchizat İdarəsinin Təmir-tikinti işlərinin təşkili və texniki nəzarət şöbəsinin müdiri: 465-73-48
Təşkilatın ünvanı: Bakı şəhəri, Y.Bakuvi küçəsi 18