İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən daşınar dövlət əmlaklarının qiymətləndirilməsi, özəlləşdirilməsi və ya icarə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin, habelə nəqliyyat vasitələrinin (2023-cü il üzrə) qiymətləndirilməsi xidmətləri" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Morion Qiymətləndirmə Mərkəzi” MMC olub. Şirkətlə 173 min 725 manat məbləğində müqavilə imzalanıb.
Şirkətlə bundan əvvəl Lerik Peşə Məktəbinin 9 580.95 manat dəyərindəki "Əsas vəsaitlərin qiymətləndirilməsi" tenderinin qalibi seçilib.