Ədliyyə Nazirliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikinti işlərinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1300286111
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Az1073, İnşaatçılar prospekti 1
Müsabiqənin başlama tarixi və vaxtı: 22.11.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 12.12.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.12.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 21.12.2023 10:00
Ödəniş şərtləri : köçürmə yolu ilə
Çatdırılma yeri : Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi
Çatdırılma müddəti : 15 ay
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının, sifarişçilərin tövsiyə məktublarının olması barədə
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Malgöndərənin son beş ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti
Malgöndərənin (podratçı) son 5 (beş) ildəki bank dövriyyəsi haqqında, həmçinin müvafiq bankın Kredit xəttinin açılmasını təsdiq edən arayış
İddiaçının – Baş Podratçı kimi analoji obyektlərdə tikinti-quraşdırma və s. işləri yerinə yetirməsi barədə təcrübəsi və imkanları
Müvafiq layihə üzrə tələb olunan sertifikatlar barədə
Audit yoxlaması barədə hesabat
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Çingiz Məmmədov, rəis müavini
Email: [email protected]
Əlaqə telefonu : 012 5371152